Argentinanın eks-prezidenti Karlos Menem dünyasını dəyişib.
7times.az xəbər verir ki, bu barədə TN telekanalı bildirib.
Məlumata görə, o, 90 yaşında vəfat edib. Menem ötən ilin dekabrında xəstəxanaya yerləşdirilmişdi. Sabiq dövlət başçısı sidik sistemi infeksiyasından əziyyət çəkirdi.
Argentinada Menemi “böyük transformasiyanın atası” adlandırırdılar. O, prezident postunda özəlləşdirmə və maliyyə sabitləşməsi kimi bazar islahatlarını keçirib, inflyasiyanın azalmasına nail olub. /Report
Follow @7timesaz