Sabirabad rayonunda 20 yaşlı qadın intihar edib.
7times.az xəbər verir ki, hadisə aprelin 24-də axşam saatlarında qeydə alınıb. Rayonun Cavad kənd sakini 2001-ci il təvəllüdlü Zeynalova Səmayə Xalid qızı özünü yaşadığı evin həyətindəki nar ağacından asıb.
Amma ailənin yaxınları iddia edir ki, nar ağacı elastik olduğu üçün oradan kiminsə özünü asması inandırıcı deyil. Onların sözlərinə görə, qızlarını yerdə uzanıqlı vəziyyətdə tapıblar.
Məlumata görə, üç il öncə ailə həyatı quran Səmayə Zeynalovanın 1 yaş 6 aylıq oğlu var. İddiaya görə, qız ailəli olduğu dövrdə valideyinlərinə həyat yoldaşı, qayınatası və qayınanasının ona mənəvi, psixoloji işgəncə verdiklərindən və onu bezdirib intihar həddinə çatdırdıqlarından dəfələrlə şikayət edərək boşanmaq istədiyini bildirib. Qızın atası boşanmaya razılıq versə də, anası buna etiraz edərək ailəsini dağıtmamasını tapşırıb.
Sabirabad rayon prokurorluğundan “Qafqazinfo”ya bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb: “İstintaq davam etdirilir. İddialarla bağlı heç bir açıqlama verə bilmərik”.
Follow @7timesaz