Sabirabadın Moranlı kəndində baş verən yol qəzasında 4 nəfər xəsarət alıb.
“Report”un Aran bürosunun məlumatına görə, hərəkətdə olan minik avtomobili anidən idarəetmədən çıxaraq yolun kənarına aşıb.
Qəza nəticəsində kənd sakinləri: – 1990-cı il təvəllüdlü Teyyubov Adəm Tofiq oğlu, 2022-ci il təvəllüdlü Bədirova Banu Eldar qızı, 1996-cı il təvəllüdlü Bədirova Adilə Cavanşir qızı və 2019-cu il təvəllüdlü Bədirzadə Babək Elvin oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Follow @7timesaz