Ölkə

Şabranda avtomobil aşıb, ölən və yaralananlar var – FOTOLAR

Şabranda avtomobil aşıb, ölən və yaralananlar var – FOTOLARbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı-Quba yolunun Şabran rayonu ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-nın Şimal bürosu xəbər verir ki, Hyundai markalı avtomobil yoldan çıxaraq aşıb, nəticədə 1 nəfər ölüb, 3 nəfər ağır xəsarətlər alıb.
Hadisə zamanı 1997-ci il təvəllüdlü Kazımova Xədicə Elçin qızı hadisə yerində həlak olub.
Avtomobildə olan digər 3 nəfər, 1976 -ci il təvəllüdlü Kazımova Zümrüd Hüseyn qızı, 1994-cü il təvəllüdlü Kazımov Vüqar Eldar oğlu və 2023-cü il təvəllüdlü Nuray Kazımova ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Hazırda fakt araşdırılır.