İdman

“Şadam ki, indi azarkeşlərimizə olan borcumuzu qaytara bilərik” – Edin Terziç

“Şadam ki, indi azarkeşlərimizə olan borcumuzu qaytara bilərik” – Edin Terziçbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dortmund “Borussiya”sının baş məşqçisi Edin Terziç komandasının evdə məğlub etdiyi PSJ-ni (1:0) Parisdə eyni hesabla üstələyərək Çempionlar Liqasının finalına yüksəlməsindən danışıb.

7Times.az  xəbər verir ki, onun sözlərini UEFA-nın rəsmi saytı belə çatdırıb:

“Ötən mövsüm Almaniya çempionluğunu son turda öz meydanımızda uduzaraq əldən verdik. Şadam ki, indi azarkeşlərimizə olan borcumuzu qaytara bilərik. Biz oyundan-oyuna böyüdük və yekunda hamını təəccübləndirə biləcək komandaya çevrilə biləcəyimizi anladıq. Finala yüksəldiyimiz üçün çox şadam”.

Qeyd edək ki, Fransa nəhəngini mübarizədən kənarlaşdıran “arılar” finalda “Real Madrid” – “Bayern Münhen” cütünün qalibi ilə qarşılaşacaqlar.

Fanat.Az