İdman

Sadio Manenin yeni klubu bilindi

Sadio Manenin yeni klubu bilindibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bayern Münhen”in vingeri Sadio Mane karyerasını İtaliyada davam etdirə bilər.

Fanat.Az xəbər verir ki, informasiyanı “Bavarian Football Works” yayıb.

Alman nışrinin məlumatına görə, seneqallı futbolçu “Roma”nın hədəfinə çevrilib.

“Bayern”in baş məşqçisi Tomas Tuxel komandadakı gələcəyi qeyri-müəyyən olan Manenin mümkün satışına etiraz etmir. “Roma”nın çalışdırıcısı Joze Mourinyu isə əksinə, Temmi Abrahamın zədələnməsindən sonra çoxmövqeli oyunçuya ehtiyac duyur ki, Mane məhz bu tip futbolçudur.

Sadio Münhen klubuna keçən ilin iyununda “Liverpul”dan keçib və başa çatan mövsümdə 37 matça çıxaraq 11 qol vurub, 6 məhsuldar ötürmə edib.