Müğənni Roza Zərgərli keçmiş həyat yoldaşının ona illərlə yalan danışdığnı deyib.
OLAY yazır ki, bu barədə o, “Təsir dairəsi” verilişində danışıb:
“Məni satan insanı bir daha qəbul etmərəm. Yalançılığa satmaq deyirəm. Keçmiş həyat yoldaşım mənə yalan danışdı. Onun o yalanının nə olduğu haqda danışmaq istəmirəm, amma münasiblərimi kəsib atdım. Bu qərara beş il ərzində gəldim. Qərar verdiyim andan etibarən hər şey bitdi”.
Sənətçi 18 ildən sonra ayrılmasının səbəbini də açıqlayıb:
“Deyirlər ki, müğənnilər, sənət adamlarının müqəddəs heç nəyi yoxdur. Onlar gördüyünü sevirlər, gördükləri ilə yaşayırlar, ailə dağıdırlar. Bunlar hamısı mifdir. Çünki hər bir insan buna qadirdir. Sənət adamı sadəcə üzdə olduğu üçün bu kimi şeylər onlara daha çox şamil olunur. Bir sənət adamının yaşadığı insanı aldatmaq üçün heç nə lazım deyil.
18 illik evlilik həyatımda heç bir yanlış hərəkətim və addımım olmayıb. Hər 10 nəfərdən 3-4-ü mənə aşiq olub və mən bunun qarşısını almışam. Çünki sadiq Azərbaycan xanımıyam. Amma məni həyat yoldaşım dəfələrlə aldadıb. Elə insanı isə heç zaman bağışlamaram”.