Aktrisa Oksana Rəsulovanın növbəti paylaşımı diqqət çəkib.
OLAY yazır ki, fotosunu paylaşan sənətçi paylaşıma öz fikirlərini qeyd edib:
“Həyatda hər şey gəlir və keçib gedir. Bəzi şeylər yadda qalır, bəzi şeylər külək kimi aparılır, bəzi şeylər ümumiyyətlə izsiz-tozsuz silinir. Bəzi şeylər sadəcə vaxtı gələnə qədər unudulur, bəzi şeylər elə bir dərin yara qoyur ki, sağalmağa cəhd etsən də, alınmır. Nə sarğı kömək edir, nə də ki dərman. Bəzi şeylər isə sənə davam etməyə kömək edir. Yetər ki, özünüz olun, düşüncələrinizə, beyninizə, ruhunuza xəyanət etməyin. İnanın, nə olursa, olsun, bu həyatdır. Heç bir şey əbədi deyil, hər şey gəlir və keçib gedir”.