Sosial

Sahil Babayevin pensiyasını kəsdiyi qadın danışdı: ”Çörək pulum yoxdur” – VİDEO

Sahil Babayevin pensiyasını kəsdiyi qadın danışdı: ”Çörək pulum yoxdur” – VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Haciyeva Əlfiyyə İzzət qızı Sumqayıt şəhər Saray Qəsəbəsində yaşayır. 1976-cı il təvəllüdlü Əlfiyyə xanım Epilepsiya xəstəsidir. O, 10 ildən çoxdur ki, 2-ci qrup əlil kimi pensiya alırdı. Bu ilin oktyabr ayında heç bir səbəb göstərilmədən onun pensiyası kəsilib.

Nazirliyin müvafiq qUrumlarına müraciət etsə də, ona karonavirus epidemiyasını səbəb göstərərək hələlik səbrli olub gözləməsini bildiriblər. Deyiblər ilk dəfə pensiya təyinatı zamanı hansı prosedur qaydaları icra edilibsə, yenidən onları həyata keçirmək lazımdır. Amma hələ epidemiya davam edir.

“Biz sizə heç bir xəstəxana üçün göndəriş verə bilmərik. Siz gedin tanış həkim tapın sizə göndəriş versin”.

Əlfiyyə Haciyevanın əmək qabiliyyəti demək olar ki, yox dərəcəsindədir. Elə yaşadığı mənzildə çəkiliş aparan zaman onun necə çətinliklə hərəkət etdiyinin şahidi olduq. O, gün ərzində bir neçə dəfə müvazinətini itirərək huşsuz vəziyyətə düşür. Sonuncu dəfə yaşanan belə hal zamanı o yıxılaraq ağır dərəcəli yanıq xəsarətləri də alıb.

Himayəsində bir oğlu olan Əlfiyyə Haciyevanın heç bir gəlir mənbəyi yoxdur. Əmək qabiliyyəti olmadığına görə də o heç bir yerdə işləyə bilmir.

Məsələ ilə bağlı 7Times.az-a münasibət bildirən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov bildirib ki, həmin vətəndaşın pensiya müddəti başa çatdığı üçün yenidən sənəd toplamalıdır. Yenidən əlillik təyinatı olana qədər isə o pensiya almaq hüququndan məhrumdur.

7Times.az