Ötən axşam Türkiyə Superliqasında 15-ci tura start verilib.
7Times.az xəbər verir ki, ilk oyun günündə bir görüş keçirilib.
Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəlievin çıxış etdiyi “Adana Demirspor” səfərdə “Qalatasaray”la qarşılaşıb və 1:3 hesabı ilə uduzub.
Şahruddin sözügedən görüşdə start heyətdə yer alıb və sonadək oynayıb.
“Qalatasaray” hazırda 40 xalla 1-ci, “Adana Demirspor” isə 23 xalla 5-ci pillədə qərarlaşıb.
Follow @7timesaz