Britaniya şahzadəsi Harri və həyat yoldaşı, aktrisa Meqan Markl yeni malikanəyə sahib olduqdan il yarım sonra yaşayış yerini dəyişməyi planlaşdırır.
Mənbələrin bildirdiyinə görə, Sesseks hersoqu və hersoginya 11 milyon funt-sterlinqə (təxminən 25,3 milyon manat) aldıqları evdə “özlərini göyün yeddinci qatında” hiss etmirlər və buna görə başqa yerə köçmək istəyirlər.
Cütlük əsasən malikanənin yerindən narazıdır. Belə ki, evləri şam və sərv ağacları ilə əhatələnsə də, onlar özlərini istədikləri kimi xəlvətdə hiss edə bilmədiklərini deyirlər.
Bununla belə, Şahzadə Harri və həyat yoldaşı uzağa getməyi planlaşdırmırlar. Onlar qonşuluqdakı evi seçiblər və onu almağa hazırlaşırlar.
(oxu.az)