Dünya

Şakira boşanmadan sonra yaşadıqlarından danışdı

Şakira boşanmadan sonra yaşadıqlarından danışdıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyaca məşhur müğənni Şakira keçmiş həyat yoldaşı Cerard Pikedən ayrılığından sonra yaşadıqlarından danışıb.

7Times.az OLAY-a istinadən yazır ki, sənətçi çətin günlərində dostlarının onu tək qoymadığını deyib.

“Eşqin sonsuzadək mənimlə olacağını düşünmüşdüm və bu mənim gerçəkləşməyən xəyallarımdan biridir. Onu yenidən tapmaq istəyib istəmədiyimi bilmirəm. Böyük ehtimalla yox. Hər zaman bir münasibətin içində idim. Sonra bu bitdiyində həyatımın ən qaranlıq anlarını yaşamaq məcburiyyətində qaldım. O zamanlarda dostlarım yanımda idi. Bəlkə, bir partnyorla olmasa da, yaxşı dostlarımın arasında yaşlanacağam”, – deyə, dünya ulduzu bildirib.