Maqazin

Şakira bu dəfə özündən 13 yaş kiçik basketbolçu ilə görüntüləndi

Şakira bu dəfə özündən 13 yaş kiçik basketbolçu ilə görüntüləndibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kolumbiyalı müğənni Şakiranın şəxsi həyatı ilə bağlı iddialar bitmək bilmir.

Axşam.az xəbər verir ki, ifaçının özündən 13 yaş kiçik amerikalı basketbolçu Cimmi Batlerlə münasibətdə ola biləcəyi deyilir. Belə ki, ikili Londonda restoranlardan birində görüntüləniblər. Onlar məkana ayrı-ayrı vaxtda gəlsələr də, birlikdə yemək yeyiblər.

Həmçinin Şakira Batlerin Mayamidəki oyununu izləməyə yollanıb və bundan sonra onlar instaqramda bir-birilərini izləməyə başlayıblar.

Qeyd edək ki, Şakira 11 illik sevgilisi Pikedən xəyanətə görə ayrılıb. Onların iki oğul övladı var – 9 yaşlı Milan və 7 yaşlı Saşa.

Şakiranın adı bir müddət əvvəl aktyor Tom Kruz və “Formula 1” pilotu Lyuis Hemiltonla hallanıb.