“Liverpul”un ulduz futbolçusu Məhəmməd Salah komandasının Çempionlar Liqasına düşə bilməməsinə münasibət bildirib.
Fanat.Az xəbər verir ki, bu barədə misirli hücumçu şəxsi “Twitter” səhifəsində yazıb:
“Mən tamamilə məhv olmuşam. Bunu izah etməyə heç bir bəhanə yoxdur. Çempionlar Liqasına düşmək üçün lazım olan hər şeyə sahib idik, amma uğursuzluq yaşadıq. Biz “Liverpul”uq və Çempionlar Liqasına vəsiqə qazanmaq minimum idi. Üzrlü hesab edin, ruhlandırıcı və ya optimist nəsə yazmaq üçün çox tezdir. Sizi də, özümüzü də uğursuzluğa düçar etdik”.
Qeyd edək ki, İngiltərə Premyer Liqasında 32-ci turdan təxirə salınmış oyununda “Mançester Yunayted” öz meydanında “Çelsi”ni 4:1 hesabı ilə məğlub edib. Qələbə sayəsində xalını 72-yə çatdıran “qırmızı şeytanlar” “Nyukasl”ı geridə qoyaraq 3-cü pilləyə yüksəlib və Çempionlar Liqasına vəsiqəni rəsmiləşdirib. Beləliklə, “Liverpul”un qitənin bir nömrəli klub turnirindən kənar qalacağı dəqiqləşib. Hazırda 66 xalı olan Kloppun komandası 4-cü olan “Nyukasl”dan 4 xal geri qalır. “Liverpul”un qalan son turun oyununda fərqi aradan qaldırması mümkünsüzdür.
Follow @7timesaz