Misir yığmasının kapitanı Məhəmməd Salah zədə səbəbindən Afrika Millətlər Kubokunun növbəti iki oyununu buraxacaq.
Fanat.Az xəbər verir ki, bu barədə Misir Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Salah qrup mərhələsində Qana ilə matçda (2:2) zədələnib və ilk hissənin sonlarında əvəzlənmək məcburiyyətində qalıb. Müayinə zamanı Salahın əzələ zədəsi olduğu məlum olub.
Beləliklə, ulduz forvard Kabo Verde ilə qrup mərhələsinin son oyununu buraxacaq. Misir 1/8 finala yüksəlsə, Salah bu oyunu da buraxacaq.