Bu gün axşam saatlarında Salyan rayonunun Yolüstü kəndi ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
7times.az-ın məlumatına görə, Bakı şəhər sakininin idarə etdiyi “Mitsubishi Pajero” markalı minik maşını yolu keçmək istəyərkən özünü çaşdıran, “Salyan Oil” şirkətinin mühəndisi, Şirvan şəhər sakini, 1964-cü ildə anadan olmuş Əbülfəz Akif oğlu Əhmədovu vurub.
Hadisə nəticəsində ağır kəllə-beyin xəsarəti alan piyada Salyan Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır. virtualaz.org
Follow @7timesaz