Kriminal

Salyanda kişi arvadını qətlə yetirdi

Salyanda kişi arvadını qətlə yetirdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Salyan rayonunda qətl hadisəsi baş verib.

7times.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Yenikənd kəndində qeydə alınıb.

Belə ki, ailə münaqişə zəminində kənd sakini, 1972-ci il təvəllüdlü İsgəndərov Ənvər Həbibulla oğlu həyat yoldaşı, 1982-ci il təvəllüdlü İsgəndərova Nuranə Eminəli qızını bıçaqla vuraraq qətlə yetirib.

İlkin məlumata görə, hadisəni törədəndən sonra Ə.İsgəndərov könüllü olaraq özünü polisə təslim edib.

Hadisənin səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.