Hadisə

Salyanda yol qəzası olub, bir ailənin dörd üzvü xəsarət alıb

Salyanda yol qəzası olub, bir ailənin dörd üzvü xəsarət alıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Salyanda baş verən yol qəzasında bir ailənin dörd üzvü xəsarət alıb.

7Times.az xəbər verir ki, hadisə rayonun Şorsulu kənd ərazisində qeydə alınıb.

Belə ki, iki avtomobilin toqquşması nəticəsində 1961-ci il təvəllüdlü Quliyeva Raziya Abasağa qızı, 1961-ci il təvəllüdlü Quliyev Bəhram Pilağa oğlu, 2011-ci il təvəllüdlü Cavadov Kənan Seymur oğlu və 2023-cü il təvəllüdlü İsmayılzadə Fidan İlkin qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.