Belarusun paytaxtı Minskdə keçirilən aksiyalarda 1980-ci il təvəllüdlü, əslən Azərbaycanın Salyan rayonundan olan, Ukrayna vətəndaşı Şirinov Səməd Sabit oğlu saxlanılıb.
7times.az Report-a istinadən xəbər verir ki, S.Şirinov Kiyevə deportasiya olunub.
Minsk şəhərinin Sovetsk Rayon Məhkəməsi qərar çıxararkən buna səbəb olaraq xuliqanlıq, ictimai asayişi pozma kimi halları göstərib.
Follow @7timesaz