Ölkə

Şamaxıda kənd icra nümayəndəsi: Kütləvi zəhərlənməyə səbəb tort olub, zərərçəkənlərdən beşi azyaşlıdır – YENİLƏNİB

Şamaxıda kənd icra nümayəndəsi: Kütləvi zəhərlənməyə səbəb tort olub, zərərçəkənlərdən beşi azyaşlıdır – YENİLƏNİBbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şamaxıda toy zamanı kütləvi zəhərlənmənin səbəbi kimi evdə hazırlanan tort göstərilir.

“Report”un Yuxarı Şirvan bürosuna Məlikçobanlı kənd icra nümayəndəsu Sənan Abdullayevin verdiyi məlumata əsasən, Ukraynanın Xarkov şəhərindən kəndə qonaq gələn ailə üçün evdə yığıncaq təşkil ediblər.

Onun sözlərinə görə, məclisdə qonaqlar üçün hazırlanan tort zəhərlənməyə səbəb olub. S.Abdullayev bildirib ki, dərhal Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparılan zəhərlənən qonaqlar həkim nəzarətinə götürülüb və müayinə olunublar.

Şamaxı rayon Mərkəzi xəstəxanasından isə “Report”a bildirilib ki, artıq bütün xəstələrə ilkin tibbi yardım göstərilib və onların hamısı evə buraxılıb.

Zərərçəkənlərdən beşinin azyaşlı olduğu bildirilir, onlardan ən kiçiyinin 1, ən böyüyünün 8 yaşı var.

09:39

Şamaxı rayonunda toyda 21 nəfər qidadan zəhərlənib.

Report”un Yuxarı Şirvan bürosunun məlumatına görə, hadisə rayonun Məlikçobanlı kəndində keçirilən toyda qeydə alınıb.

Toyda qidadan zəhərlənən qonaqlar təcili tibbi yardım avtomobilləri və şəxsi avtomobillərlə Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparılaraq həkim nəzarətinə götürülüb.

Xəstəxanadan verilən məlumata əsasən, zəhərlənənlərin vəziyyəti qənaətbəxş hesab olunur və onların bir hissəsi artıq evə buraxılıb.

Qeyd edək ki, qidadan zəhərlənən 21 nəfərdən 10-u qadın, 7-si uşaqdır.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi hadisə ilə bağlı açıqlama verərək qeyd edib ki, hadisənin səbəblərinin müəyyənləşdirilməsi üçün vətəndaşa məxsus həyətyanı sahədə təşkil olunmuş toy mərasimində istehlak edilən müxtəlif qida məhsullarından nümunələr götürülərək laborator müayinələrə cəlb edilib:

“İlkin ehtimallara əsasən hadisə ev şəraitində hazırlanmış məhsulların istehlakı nəticəsində baş verib. Faktla bağlı araşdırmalar davam etdirilir”.