Şamaxıda qohumlar arasında ədavət faciə ilə nəticələnib.
Bu barədə 7Times.az –a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, dekabrın 21-də saat 18 radələrində şəxsi münasibətlər zəminində 1990-cı il Manafov Saday Əlismayıl oğlu tərəfindən 1979-cü il təvəllüdlü Feyzullayev Rəfail Qərib oğlu odlu silahla qətlə yetirilib.
S.Manafov hadisədən sonra intihara cəhd edib və cəhdin qarşısı alınıb. O polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. O, polis əməkdaşıdır.
Follow @7timesaz