Ölkə

Şamaxıda qəbiristanlıqdan 3 000 manatlıq oğurluq oldu

Şamaxıda qəbiristanlıqdan 3 000 manatlıq oğurluq oldubackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Şamaxıda qəbiristanlıqdan 3 000 manatlıq oğurluq olub.
Bu barədə 7Times.az -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Şamaxı Rayon Polis Şöbəsinə yanvarın 30-na keçən gecə Həmyəli kəndi ərazisindəki qəbiristanlıqda qəbirlərdən birinin ətrafına çəkilən 3 000 manat dəyərində məhəccərin oğurlanması barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən rayon sakinləri Ş.Şıxməmmədov və əvvəllər də oğurluğa görə məhkum olunmuş Ə.Alışov müəyyən edilərək saxlanılılıb.
Ətraflarında aparılan tədbirlərlə onların həmin qəbiristanlıqda daha 2 qəbirin ətrafına çəkilmiş məhəccərləri və Sabir qəsəbəsi ərazisində yerləşən şərab zavodundan 5 ədəd kondisioner oğurlamaları da müəyyən edilib.