Hadisə

Şamaxıda yenə zəlzələ oldu

Şamaxıda yenə zəlzələ oldubackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şamaxı rayonunda gün ərzində növbəti zəlzələ baş verib.

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən 7times.az-a verilən məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 16:48-də Pirqulu seysmoloji stansiyasından 14 kilometr cənubda qeydə alınıb.

Ocağı 42 kilometr dərinlikdə yerləşən zəlzələnin maqnitudası 4.5-ə bərabər olub. Zəlzələ episentrdə 4 bala qədər hiss edilib.

Xatırladaq ki, bu gün yerli vaxtla saat 16:46-da Pirqulu seysmoloji stansiyasından 20 kilometr cənubda – Şamaxı rayonu ərazisində yeraltı təkanlar qeydə alınıb. Ocağı 42 kilometr dərinlikdə yerləşən zəlzələnin maqnitudası 5.1-ə bərabər olub. Yeraltı təkanlar episentrdə 5, ətraf rayonlarda 4-3 bala qədər hiss olunub.