Ölkə

Şamaxının bu kəndinin adı dəyişdirildi

Şamaxının bu kəndinin adı dəyişdirildibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının Şamaxı  rayonunun Saqiyan  kəndinin  Günəşli  kəndi  adlandırılması  haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

7times.az xəbər verir ki, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” qanuna əlavə  edilmiş “Azərbaycan Respublikasında Bələdiyyələrin Siyahısı”nda dəyişiklik edilməsi barədə” qanun layihəsinə də analoji məzmunda dəyişiklik təklif edilib.

Qanun layihəsinə əsasən, bələdiyyə siyahılarında Şamaxı rayonu Saqiyan bələdiyyəsi  Günəşli bələdiyyəsi ilə əvəz edilib.

Qanun layihələri səsverməyə çıxarılaraq qəbul edilib.