Bir zamanların ən gözəl səsi və müasir janrın ən yaxşı nümayəndəsi olan müğənni Samirə Əli-Məryəm (Allahverdi) uzun zamandır niyə görünmədiyinin səbəbini açıqlayıb.
ARB-yə danışan müğənni Azərbaycanda yaşadığını və hər şeyin yaxşı olduğunu qeyd edib.
Samirə şou üçün yaranmadığını, sənət anlayışının artıq dəyişdiyini və əvvəlki kimi olmadığını deyib:
“Şou məni dəyişmədi. Mən müəllimlərimə, musiqini sevən insanlara vəfalı qalmışam”, – deyə müğənni bildirib.
Samirə sonda 2022-ci ildə yeni mahnılar yazdıracağını, həmin mahnılarla dinləyicilərin qarşısına çıxacağını qeyd edib.
Daha ətraflı süjetdə:
Follow @7timesaz