Rusiyanın Avropaya qaz satışını məhdudlaşdırması və sanksiyaların ölkəni güzəştli neft satmağa məcbur etməsi enerji gəlirlərinin son 14 ayın ən aşağı səviyyəsinə düşməsinə səbəb olub. Bəzi avropalı alıcıların Rusiyadan neft almaqdan imtina etməsi, Rusiyanı Asiya bazarına ucuz neft satmağa sövq etməsi nəticəsində ölkənin enerji gəlirləri azalıb.
7Times.az Rusiyanın Maliyyə Nazirliyinin məlumatına istinadən xəbər verir ki, avqustda ölkənin neft və qaz gəlirləri 671,9 milyard rubla (11,1 milyard dollar) düşüb.
Bu, 2021-ci ilin iyunundan bəri ən aşağı səviyyədir. Beləliklə, iyul ayı ilə müqayisədə gəlirlər təxminən 13 faiz azalıb. İllik müqayisədə isə azalma 3,4 faiz təşkil edib.
Follow @7timesaz