Dünya

Sankt-Peterburqun mərkəzində partlayış baş verib, ölən və yaralılar var

Sankt-Peterburqun mərkəzində partlayış baş verib, ölən və yaralılar varbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Sankt-Peterburq şəhərinin mərkəzində partlayış baş verib.

“Report”un məlumatına görə, bu barədə “TASS”a fövqəladə hallar xidmətlərindən məlumat verilib

Qeyd olunub ki, partlayış Universitet sahilində yerləşən “Street-bar” kafesində olub.

Nəticədə bir nəfər ölüb, on beş nəfər yaralanıb. Qeyd olunub ki, ölən hərbi jurnalist Vladlen Tatarskidir.

Hazırda aidiyyatı qurumlarla birgə hadisənin baş vermə səbəbi araşdırılır.