İdman

Sarkozi və Makrondan xahiş: “Getmə qal”

Sarkozi və Makrondan xahiş: “Getmə qal”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Fransa millisinin və PSJ-nin futbolçusu Kilian Mbappeyə klubunu dəyişməməklə bağlı müraciət edənlərin sayı durmadan artır.
AzxeberSport saytının məlumatına görə, ölkənin indiki və sabiq prezidentləri də hücumçudan başa çatan müqaviləni uzatmasını xahiş edib.
Ölkə başçısı Emmanuel Makron 23 yaşlı hücumçunun Paris klubunda qalmasında maraqlıdır. O, forvardı yeni anlaşma imzalamağa çağırıb.
Fransanın sabiq prezidenti Nikola Sarkozi də eyni istəkdədir. O da Mbapedən “Real”a getməyib qalmağı xahiş edib.
Qeyd edək ki, yayda müqaviləsi başa çatacaq Kiliannın “Real”a keçəcəyi iddia olunur.