Dünya

Şarl Mişel Gürcüstana getdi

Şarl Mişel Gürcüstana getdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Gürcüstana səfər edib.

7Times.az  “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, Ş. Mişelin təyyarəsi Batumi Beynəlxalq hava limanında yerə enib.

Məlumata əsasən, Şarl Mişeli hava limanında bir neçə gürcü jurnalist qarşılayıb. Jurnalistlər hava limanına üzərində bu yaxınlarda dünyasını dəyişmiş operator Lekso Laşkaravanın şəkili olduğu plakatlarla gəliblər.

Bildirilir ki, onların məqsədi Şarl Mişelin diqqətini Gürcüstanda müxalif KİV-ə qarşı təzyiqlərə və Tbilisidə iyulun 5-i baş verən hadisələrə çəkmək olub.

Qeyd edək ki, bu Şarl Mişelin bu il Gürcüstana etdiyi üçüncü səfərdir. Mişel Gürcüstana səfərdən əvvəl Ermənistan və Azərbaycana da səfər edib.