İtaliyanın keçmiş baş naziri Mario Draqi Avropa İttifaqı Şurasının yeni prezidenti ola bilər.
7Times.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.
Avropa İttifaqının rəsmiləri və diplomatları nəşrə bildiriblər ki, Draqi birliyin ümumi valyutasını xilas edən Avropa Mərkəzi Bankının keçmiş rəhbəridir. O, Şarl Mişelin postuna potensial namizəddir.
Draqiyə yaxın mənbə qeyd edib ki, keçmiş baş nazir Avropa İttifaqında heç bir rəhbər vəzifə tutmaq istəmir.
Bildirilir ki, bu vəzifəyə başqa iddiaçılar da var. Bunların içərisində İspaniyanın baş naziri Pedro Sançes və Danimarkanın baş naziri Mette Frederiksen də var.
Follow @7timesaz