NASA Cassini kosmik gəmisindən alınan məlumatlar və görüntülər sayəsində alimlər Saturnun halqaları haqqında yeni məlumatlar əldə ediblər.
BiG.AZ xəbər verir ki, yeni bir araşdırmaya görə, Saturn planetinin gözəlliyi getdikcə azalır. Halqalar elm adamlarının təxmin etdiyindən daha tez yox olur. Tədqiqatçılar isə buna xeyli təəccüblənib.
Araşdırmaya görə, halqalar hər saniyə tonlarla kütlə itirir.Alimlərin fikrincə, 100 milyon ildən sonra Saturnun halqaları tamamilə yox olacaq.
NASA-nın 2004-2017-ci illər arasında qaz nəhənginin ətrafında dövr edən Cassini missiyasının məlumatlarının yeni təhlilinə əsasən, halqalar Saturnun formalaşmasından çox sonra yaranıb.
Follow @7timesaz