Dünya

“Saxta seçkiləri dəstəkləyənlərə qarşı sanksiyalar tətbiq olunacaq” – ABŞ-dan xəbərdarlıq

“Saxta seçkiləri dəstəkləyənlərə qarşı sanksiyalar tətbiq olunacaq” – ABŞ-dan xəbərdarlıqbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Ukraynadan ilhaq etdiyi Donetsk, Luqansk, Zaporojye və Xersonda həftəsonu keçirəcəyi seçkilər saxtadır.

“AzPolitika.info” xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Entoni Blinkenin verdiyi yazılı açıqlamada bildirilib.

Blinken sözügedən bölgələrin ötən il Rusiya tərəfindən keçirilən qondarma referendumla Ukraynadan ilhaq edildiyini bildirib: “Kreml ümid edir ki, bu, işğal altında olan bölgələrdə Rusiyanın qanunsuz hüquqi iddialarını gücləndirəcək. Lakin bu, heç də elə deyil. Rusiya Birləşmiş Millətlər Təşkilatının “dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət” tələbini pozur. ABŞ Ukraynanın suveren ərazisi ilə bağlı heç bir iddianı tanımayacaq. Biz Rusiyanın Ukraynada keçirdiyi saxta seçkiləri dəstəkləyən hər kəsə, o cümlədən beynəlxalq müşahidəçilər adlanan şəxslərə qarşı sanksiyalar tətbiq edəcəyik”.