Müğənni Dilarə Kazımova bir müddət əvvəl həmkarı Şəbnəm Tovuzlu ilə yaşadığı qalmaqaldan danışıb.
Bu barədə sənətçi OLAY-a açıqlama verib. Dilarə deyib ki, aralarındakı söz-söhbətdən sonra Şəbnəmlə qarşılaşıblar:
“Biz danışmadıq, amma salamlaşdıq. Tolikin ad günündə qarşılaşdıq. Normal salam verdik. Bele şeylər ola bilir. Sənət insanları emosionaldır. Emosiya ilə nəsə deyə bilərik. Ortada qalmaqallı nəsə yox idi. Hər şey normaldır. Bir-birimizlə dava etməmişdik, söyməmişdik. Amma verilişin formatı idi, oxumalı idim. Hərdən olur. Ortada tamamilə qalmaqal olmayanda maraq da olmur. Məncə, belə maraq olmalıdır. Bunsuz olmaz”.
Kazımova həmçinin estetik əməliyyatlardan da söz açıb:
“Estetik əməliyyatlara pis baxmıram. İnsan özündə nəyisə dəyişmək istəyəndə bunu etməlidir. Onun bədənidir özü bilər. Yəqin ki, mən də illər keçdikcə etdirəcəyəm. Hələ ki, bir estetik yoxdur. Biz illər ötdükcə cavanlaşmırıq. Hər halda lazım olacaq. İnsanların öz işidir. Kim nə istəyirsə, özünə edir. Biz də baxıb ya sevirik, ya da yox. Məncə, yaxşı əməliyyat olanda insanı dəyişir, daha gözəl edir. Əməliyyatları təbliğ etmirəm. İstəyərdim ki, insanlar necə varsa, özlərini elə qəbul etsinlər. İnsanlar get-gedə bir-birilərinə oxşayırlar. Çünki əməliyyatlar etdirirlər. İstəməzdim ki, bir-birimizə oxşayaq, əksinə fərqli olaq. Düzgün olmayan burun belə insana xarizma və xarakter verir. Məncə, çox dəyişməyək. Özümüzü bele qəbul edək. Nəsə çox şey olanda dəyişdirmək olar. Amma özümüzü sevib, qəbul etməliyik. Hərdən deyirik, özümü sevirəm. Lakin həqiqətən də bu, olmalıdır”.
Qeyd edək ki, Kazımova sözügedən verilişdə “Dəm olmuşam” mahnısının sözlərini dəyişdirərək, ona yaradıcı heyət tərəfindən təqdim olunan “Nəm olmuşam, Tovuzlu Şəbnəm olmuşam, neyləyim?” – deyə, oxuyub. O, həm də Türkan Vəlizadənin də adını çəkib.
Daha sonra Ş.Tovuzlu OLAY-a açıqlamasında ifaçı haqda “Dilarə Kazımova kimdir ki? Mən heç onu, elə bir müğənnini tanımıram. Dilarə o soyunan qızdır? Heç kəs məni lağa qoya bilməz. Heç kəs Şəbnəm Tovuzlu da ola bilməz” – demişdi.