Hadisə

“Şəbnəmlə onun istəyi ilə cinsi əlaqədə olduq, spirtli içki içdik” – Qatil hər şeyi danışdı

“Şəbnəmlə onun istəyi ilə cinsi əlaqədə olduq, spirtli içki içdik” – Qatil hər şeyi danışdıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sevgilisini 12 yerindən bıçaqlayan və “xatırlamıram” deyən qatil ifadə verib.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Dənizlinin Pamukkale bölgəsində sevgilisi Şebnem Şirinin boğazını kəsərək öldürən Furkan Zübıncının məhkəmədə verdiyi ifadə üzə çıxıb.
Qatil şübhəlisi Furkan Zıbıncı cinayət törətdiyi gün yaşananlar haqda danışıb: 
“Sevgili kimi zaman-zaman Şebnemlə görüşürdüm. Əsgərlikdən gələndən sonra Şebnem evlənmək istədi və mən rədd edirdim. O da məni qısqanırdı. Bununla bağlı mübahisə edirdik. Hadisə baş verən gecə ortaq dostumuz Sena və Şebnem sərxoş idilər. Spirtli içki qəbul etdikdən sonra Şebnemlə görüşdüm. Mən də içkili idim. Yenə içki alıb mənzilə getdik. Biz yenə spirtli içki içdik və onun razılığı ilə cinsi əlaqədə olduq. Mənzildən çıxıb yenidən qayıtdıqdan sonra Şebnem yuxarıda qeyd etdiyim səbəbdən mənimlə mübahisə etməyə başladı. Mənə bıçaq çəkdi. Barmağım kəsildi, üzümə vurmağa başladı, məni təhqir etdi. Ona görə də Şebnemin qarşısını almaq üçün onun qolundan tutdum. Çox sərxoş olduğum üçün sonra nə baş verdiyini xatırlamıram. Hadisədən sonra atama “Şebnemi öldürdüm, gəl mənə kömək et” dediyimi xatırlamıram.” – deyə o bildirib.
Qeyd edək ki, Şebnem Şirinin sinə, üz və boyun nahiyəsində 12 bıçaq yarası olduğu, boğazından kəsilmiş dərin kəsiklə həyatını itirdiyi müəyyən edilib.