Dünya

“Seçkiyə görə “Pokemon”da olacaq, UFO-lar da” – Zaxarova

“Seçkiyə görə “Pokemon”da olacaq, UFO-lar da” – Zaxarovabackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova ABŞ səmasındakı naməlum hava obyektləri ilə bağlı müzakirələri şərh edib.

7Times.az  “RİA Novosti”yə istinadən xəbər verir ki, o, məsələni seçkilərlə əlaqələndirib.

“ABŞ-da tezliklə seçkilər gəlir. Buna görə də “Pokemon” da olacaq, UFO-lar da olacaq, çünki başqa mövzular lazımdır. Onlar artıq Rusiya mövzusunu tamamilə absurd vəziyyətə gətiriblər və seçkidə bu mövzudan daha istifadə edə bilməyəcəklər”, – deyə XİN rəsmisi bildirib.

Qeyd edək ki, son vaxtlar ABŞ səmasında ard-arda naməlum obyektlərin müşahidə olunması və vurularaq zərərsizləşdirilməsi barədə məlumatlar yayılmışdı.