Aktual

Səfərbərlik sənədində 7 maddə niyə gizli saxlanılıb? – Kreml açıqlamaqdan imtina etdi

Səfərbərlik sənədində 7 maddə niyə gizli saxlanılıb? – Kreml açıqlamaqdan imtina etdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kremlin sözçüsü Dmitri Peskov Prezident Vladimir Putinin səfərbərlik elan etməsinin səbəbləri barədə açıqlama verib.

7Times.az xəbər verir ki, onun sözlərinə görə, Rusiya NATO-nun və bir sıra düşmən ölkələrin hərbi qüvvələri ilə qarşı-qarşıyadır. Peskov səfərbərliyin nə qədər davam edəcəyinin məlum olmadığını ifadə edib. Peskova səfərbərlik qərarnaməsində gizli saxlanılan 7 maddə barəsində də sual verilib. Peskovun cavablı isə belə olub:“Xidmət barədə elementlər olduğuna görə açıqlana bilməz. Onu deyə bilərəm ki, Sergey Şoyqu açıqlamasında 300 min nəfərdən bəhs etdi. O maddələrdə də ondan bəhs edilir. Müdafiə Nazirliyinin açıqladığı kimi ehtiyatda olan hərbçilər birdəfəlik deyil, mərhələli şəkildə çağrılacaq”.