Səfir: Rusiya ilə Britaniya arasında münasibətlər sıfıra yaxındır

Səfir: Rusiya ilə Britaniya arasında münasibətlər sıfıra yaxındırbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya ilə Böyük Britaniya arasında münasibətlər sıfıra yaxındır.

APA xəbər verir ki, bunu Rusiyanın Londondakı səfiri Andrey Kelin “Rossiya 24” telekanalına müsahibəsində deyib.Səfir, Rusiya ilə münasibətlərin arxitekturasını britaniyalıların məhv etdiyini bildirib.

“Ölkələrimiz arasında münasibətlər həqiqətən də sıfıra yaxındır. Əvvəllər ölkələrimizin iqtisadiyyat və mədəniyyət sahəsində qarşılıqlı fəaliyyət sahələri var idisə, Ukraynada əməliyyatın başlaması ilə bu əlaqələr kəsildi. Münasibətlərin bərpa edilməsinin zəruriliyini britaniyalılar özləri dərk etmədiyi müddət ərzində, biz də əlaqələrin bərpasına təşəbbüs göstərməyəcəyik”,- diplomat deyib.