Cəlilabad rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Alar kəndində qeydə alınıb. Belə ki, “Niva” markalı avtomobillə “Ford” markalı avtomobil toqquşub. Nəticədə “Niva”da olan rayonun Alar kənd sakini, 1995-ci il təvəllüdlü Əlizadə Adəm Ehtiram oğlu və daha bir nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlkin məlumata görə, həkimlərin səyinə baxmayaraq, A.Əlizadənin həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.
Follow @7timesaz