“İnsanlar bəsid qalmaqallara, görüntülərə önəm verir. Çünki zamanın nəbzi, tələbat budur”.
7times xəbər verir ki, bu sözləri müğənni Elvin Abdullayev “10-da görüşək” verilişində deyib. Sənətçi aparıcı Samir Bayramlının ona ünvanlandığı sualları cavablandırıb. Elvin “Demisən ki, evə gecəyarı gəlirəm” sözlərinə belə reaksiya verib:
“Sənətçiyik, səhərə yaxın evə gəlməyim normaldır. Bəzən həftələrlə evə gəlmirəm”.
Hazırda “trend” adlandırılan mahnılardan söz açan ifaçı artıq bununla barışdığını söyləyib:
“Tamaşaçı bilmir nəyə qulaq assın. Bu haqda çox danışmaq olar, amma həyatla barışmaq lazımdır. Trendin arxasınca tamaşaçı da qaçır. Düşünür ki, əgər biri yaxşı oxuyursa, trendə başqası düşür. Elə deməli yaxşı o trendə düşəndir.
Ünvanıma efirdə söz atanlara cavab vermirəm, susmaq qızıldır. Qalmaqaldan uzaq qaçıram. Zəng edib telefonla həll edərəm, hətta görüşə bilərəm. Əgər sənə gündəm lazımdırsa, zəng vur mənə de ki, efirə gedirəm, səndən danışıb qalmaqal edəcəm. Belə hallar olub, kənarda görüşüb, danışıb yoluna qoymuşam. Əgər hansısa bir səhvim varsa, de, üzr istəyim.
Çıxıb efirdə haqqımda danışmaq olmaz. Çünki elə hal olanda səhərə kimi yatmıram, narahat oluram. Bir də baxır sözü kim deyir… Məndən sonra sənətə gələn birinin fikrini qəbul etmirəm. Biz də sənətə gələndə özümüzdən böyüklərə söz deməmişik. Ola bilsin məndən sonra sənətə gəlib, uğuru çoxdur. Amma biz trendlə, youtube-la tanınmamışıq. Biz Mübariz Tağıyevin dəstəyi ilə sənətə gəlmişik”.//Axşam.az
Follow @7timesaz