Ölkə

Səhəri qanlı xəbərlə açdıq…

Səhəri qanlı xəbərlə açdıq…backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda iki qardaşa qarşı amansız cinayət törədilib.

7Times.az xəbər verir ki, qanlı hadisə Ağstafa rayonunun Köçəsgər kəndində baş verib.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, kənddə yerləşən kafelərin birində düşən mübahisə zəminində, Zeynalov Yaşar Əmirxan oğlu və qardaşı, 1971-ci il təvəllüdlü Zeynalov Müşfiq Əmirxan oğlu bıçaqlanıb. Ürək nahiyəsindən bıçaq xəsarətləri alan Y.Zeynalov hadisə yerindəcə dünyasını dəyişib. M.Zeynalov isə ağır xəsarətlərlə xəstəxanaya aparılıb.  Hadisəni törətməkdə 1986-cı il təvəllüdlü Məmmədov Sabir Hüseyndik oğlu şübhəli bilinir.  Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.