Şəhid Təbriz İbrahimov II Fəxri Xiyabanda dəfn olundu – Fotolar + Yenilənib

Şəhid Təbriz İbrahimov II Fəxri Xiyabanda dəfn olundu – Fotolar + Yenilənibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün nəşi tapılan Vətən müharibəsi iştirakçısı Təbriz İbrahimov II Fəxri Xiyabanda torpağa tapşırılacaq.

7times.az xəbər verir ki, əvvəlcə şəhidin nəşi doğulduğu Salyan rayonunun Çadırlı kəndinə gətirilib.

Şəhidlə vida mərasimindən sonra onun cənazəsi dəfn edilmək üçün bu gün Bakıya gətirilib.

Qeyd edək ki, T. İbrahimov 8 oktyabr 1992-ci ildə Salyan rayonunun Çadırlı kəndində anadan olub. O, Murovdağ döyüşlərində itkin düşüb. Sonuncu dəfə 28 sentyabr tarixində ailə üzvləri ilə əlaqə saxlayıb. Zəngində mina partlayışı nəticəsində ayağından yaralandığını və Ağdağ adlı postdan dərənin dibinə düşdüyünü, neytral zonada olduğunu və çox qan itirdiyini bildirib.

***

Şəhid Təbriz İbrahimov II Fəxri Xiyabanda dəfn edilib.