İdman

Şəhriyar Məmmədyarov qalib gəldi

Şəhriyar Məmmədyarov qalib gəldibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Niderlandın Veyk-an-Zee şəhərində “Tata Steel Masters” şahmat turnirinin 12-ci turunun oyunları keçirilib.

7Times.az xəbər verir ki, Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov növbəti turda hindistanlı Vidit Santoş ilə mübarizə aparıb. Qara fiqurlarla oynayan şahmatçımız rəqibini 38-ci gedişdə məğlub edib.

Qeyd edək ki, 12 turdan sonra Ş.Məmmədyarov 7,5 xalla 2-ci pilləyə yüksəlib. Turnir cədvəlinə şahmatçımızla eyni xal toplayan hazırkı dünya çempionu, norveçli Maqnus Karlsen (əlavə göstəricilərə görə) başçılıq edir.