Almaniyanın paytaxtı Berlindəki FİDE Qran-prisinin 3-cü mərhələsi davam edir.
7Times.az xəbər verir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov növbəti görüşünü keçirib.
37 yaşlı qrossmeyster 4-cü turda ağ fiqurlarla almaniyalı Vinsent Kaymerlə üz-üzə gəlib. Oyun 63-cü gedişdə Məmmədyarovun qələbəsi ilə yekunlaşıb. Bu, Azərbaycan şahmatçısının Qran-pridəki ilk qalibiyyəti olub.
Follow @7timesaz