Müğənni Səidə Sultanın vaksinasiyanın insanları zombiləşdirdiyinə dair açıqlaması böyük səs-küyə səbəb olub. Təkcə musiqisevərlər deyil, həmkarları da COVId-19 əleyhinə peyvəndə qarşı üsyan qaldırmış müğənnini topa tutub.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan Əməkdar artist Vasif Məhərrəmli də Səidə Sultanın tənqidçilərindən biridir və bu tip fikirlərə inanmadığını deyib:
“Bu fikirləri yaymaqda məqsəd nədir? Yəni insanları öldürməyə çalışırlar? Öldürməyə qalsa, bunun üçün əldə min cür üsul var. Mən belə sözlərə, deyilən utopik fərziyyələrə inanmıram. Özüm 2 dəfə vaksin olunmuşam, lazım gələrsə, üçününü də vurduracağam. İnsanları maarifləndirmək lazımdır”.
Vasif Məhərrəmlinin fikrincə, pandemiya barədə peşəkarlar danışmalıdır.
“Bəzi tibb işçiləri, bu sahədə çalışan, amma tibbdən bixəbər adadmlar, yaxud sahədən və bu mövzudan uzaq kəslər burnunu bu işə soxur. Dövlətin vaksinasiya ilə bağlı siyasətinə mane olurlar”, – deyə müğənni Səidə Sultanı hədəfə alıb.
Sənətçi vaksinasiyanın məcburi olmasının vacibliyini qeyd edib:
“Çıxıb deyirlər ki, vaksinasiya könüllü olmalıdır. Xeyr! Könüllü olsa, heç kəs gedib vaksin vurdurmayacaq. Bu iş məcburi şəkildə olmalıdır. Məncə, bu virusdan tezliklə canımızı qurtarmalıyıq. Güman edirəm ki, çıxış yolu yalnız və yalnız peyvənddir. Son vaxtlar statistikadan da aydın görünür ki, virusdan ölənlərin 99 faizi peyvənd olunmayanlardır. Yəni hansısa naxələfin, şərəfsizin, saxta COVİD pasportu verənlərin bəlasına keçənlərdir”.
Follow @7timesaz