Gündəm

Şəkidə güclü külək binanın dam örtüyünü qoparıb, 5 avtomobilə ziyan dəyib

Şəkidə güclü külək binanın dam örtüyünü qoparıb, 5 avtomobilə ziyan dəyibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Güclü külək Şəkidə fəsadlar törədib.

Bu barədə “Report”un Şimal-qərb bürosu xəbər verir.

Belə ki, ötən gün gecə saatlarında Şəki şəhəri S.Rəhman küçəsində yerləşən binanın dam örtüyü güclü külək nəticəsində qoparaq 5 avtomobilin üzərinə düşüb.

Hadisə nəticəsində xəsarət alan olmasa da, nəqliyyat vasitələrinə ziyan dəyib.