Hollivud aktrisası Şarliz Teron vaxtilə rejissorlardan birinin onu açıq-saçıq geyinməyə məcbur etdiyini açıqlayıb.
7Times.az Teleqraf.com-a istinadən xəbər verir ki, aktrisa uzun illər filmlərdəki geyiminə tam nəzarət edə bilmədiyini deyib.
Follow @7timesaz
“Rejissor mənim daha seksual və arzuolunan görünməyim üçün mənə cəfəng paltarlar geyindirdi. Bu hətta müzakirə belə olunmadı. Sadəcə mənə dedilər: “Geyinəcəyin paltarlar bunlardır.
Təəssüf ki, geyimlərim üzərində tam nəzarət mənim əlimdə deyildi. Bu problem məni çox uzun illər bezdirdi”.
Aktrisa həmin rejissorun kimliyini gizli saxlayıb.