Maqazin

Selena Qomezdən tənqidlərə cavab – “Mükəmmələm”

Selena Qomezdən tənqidlərə cavab – “Mükəmmələm”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məşhur müğənni Selena Qomez onu fiziki formasına görə tənqid edənlərə cavab verib.

 

 

Axşam.az xəbər verir ki, ifaçı tiktok hesabında video yayımlayaraq izləyicilərin xarici görünüşü ilə bağlı işlətdiyi mənfi rəyləri diqqətə almadığını vurğulayıb:

“Düzünü desəm, çəkimə əhəmiyyət vermirəm, çünki insanlar onsuz da böhtan atacaqlar – “Çox incəsən”, “Çox köksən”, “Bu, sənə yaraşmır”. Mən olduğum kimi mükəmmələm”.

Qeyd edək ki, bu, Selenanın ilk qarşılaşdığı belə hal deyil. O, 2015-ci ildə “Revival” albomunun üz qabığı üçün çılpaq poz verərkən bədəni ilə bağlı tənqidlərlə üzləşib. 2019-cu ildə gələn tənqidlərə Selena səhhətindəki problemlərə qəbul etdiyi dərman preparatlarının səbəb olduğunu bildirmişdi. Bir müddət əvvəl “Eyni binada qətllər” adlı serialda canlandırdığı obraza görə çəki alan aktrisa növbəti dəfə izləyicilər tərəfindən bəyənilməmişdi.