Hadisə

Şəmkirdə AĞIR QƏZA: gənc qız həyatını itirdi

Şəmkirdə AĞIR QƏZA: gənc qız həyatını itirdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şəmkirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Sfera.az-ın verdiyi məlumata görə, aası ilə birgə yolun qarşı tərəfinə keçmək istəyən, 1998-ci il təvəllüdlü Səma Nağdıyevanı avtomobil vurub.

O, aldığı xəsarətdən komaya düşüb və ağır halda Gəncə şəhərində yerləşən xəstəxanaların birinə aparılan zaman dünyasını dəyişib.

Hadisəni törətməkdə şübhəli bilinən sürücünün avtomobili ilə ərazidən qaçdığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.