“Böyük qızım Elnarə Türkiyədə – Mersindədir. Mən indi balaca qızım Zəhra ilə yaşayıram”.
Milli.Az xəbər verir ki, bunu müğənni Nüşabə Musayeva “Zaurla Günaydın”da ailəsi ilə bağlı danışarkən deyib.
Müğənninin bu sözlərinə Zaur Baxşəliyev təəccübünü gizlədə bilməyib. O ifaçının sözlərinə belə reaksiya verib:
“Tək qalırsınız? Sən tək qalana oxşamırsan.
Nüşabə aparıcının sözlərinə gülərək “Tək yaxşıdır, Zaur. Dinc başım, dinc qulağım” ifadəsi ilə reaksiya verib.
Qeyd edək ki, müğənni həyat yoldaşından ayrılıb. Onun iki qız övladı var.