Maqazin

Sənətçi “Milli Sevgililər Günü”ndə yeni mahnısını təqdim etdi – FOTO / VİDEO

Sənətçi “Milli Sevgililər Günü”ndə yeni mahnısını təqdim etdi – FOTO / VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səhnə adı Sivva olan bəstəkar-müğənni Sevinc Ağasıyeva növbəti layihəsini təqdim edib. Mahnı “Keçmiş sevgilim” adlanır. Mahnının sözləri Cəlil Cavanşirə, musiqisi xanım ifaçının özünə, aranjimanı isə Əli İbrahimzadə və Tərlan Məmmədliyə aiddir.

7times.az xəbər verir ki, adı çəkilən ifaçılar 4MOOD qrupu kimi Sivva ilə həm də klipdə tərəf müqabili olublar. “Keçmiş sevgilim” üçün maraqlı məkanlar, o cümlədən gəmi və dənizkənarı milli park seçilib.

Əsas epizodlar “Suraxanı” gəmi-muzeyində lentə alınıb. Qeyd edək ki, bu gəmi dünyanın ilk tanker-muzeyidir. Ekran işində müğənni xanım bir neçə obrazda maraqlı və fərqli performans nümayiş etdirib. Rok üslubunda yazılan “Keçmiş sevgilim” mahnısı və çəkilən klip tamaşaçıların ixtiyarına 30 iyun “Milli Sevgililər Günü”ndə verilib.